Accessibility links

Litvinenkonu radioaktiv maddə ilə zəhərləyiblər


Britaniya hökuməti rus casus Aleksandr Litvinenkonun radiasiyadan zəhərləndiyini deyib.

Bu gün ölkənin səhiyyə rəsmiləri Litvinenkonun ifrazatında böyük miqdarda radioaktiv Polonium 210 elementinin aşkar edildiyini deyib. Onlar materialın Litvinenkonun bədəninə necə yeridildiyinin hələ aydın olmadığını desələr də, casusun xəstələndiyi gün ziyarət etdiyi suşi barda da, iki rusla görüşdüyü oteldə də radioaktiv materialın aşkar edildiyini deyiblər.

Litvinenko cümə axşamı 3 həftə ölümlə mübarizədən sonra dünyasını dəyişib.

XS
SM
MD
LG