Accessibility links

Beynəlxalq Qadınlara Qarşı Zorakılığa Son Qoyulması Günü


Bu gün Beynılxalq qadınlara qarşı zoraqkılığa son qoyulması günüdür. Birləşmiş Mİllətlər Təşkilatı, dünya dövlətləri və insan hüquqları təşkilatları qadınlara qarşı zorakılıqla mübarizə aparmağa çağırırlar. Qadın hüquqları fəalları dünyada qadınların təhqir olunmasından döyülməsinə kimi zorakılıqları qadağan edən qanunların qəbul edilməsini tələb edirlər.

Qadın hüquqları fəallarının fikrincə, dünyanın heç bir regionunda, ölkəsində, mədəniyyətində qadın zorakılıqlardan azad deyil. Fəallar bildirirlər ki, qadınlara qarşı zorakılıq qadınların inkşafı üçün ən böyük maneələrdən biri olaraq onların əsas insan hüququnun pozulmasıdır.

Karin Jabr, 149 dövlətin parlamentlərini birləşdirən Parlamentlərarası Birliyin nümayəndəsidir. O deyir ki, çox hallarda ən’ənə və mədəniyyət qadın hüquqları üçün maneə yaradır. Bundan başqa xanım Jabr bildirir ki, qadınlara qarşı zorakılıq qlobal problemdir və o, hər bir ölkədə müşahidə olunur:

"Ola bilsin ki bu, islam ölkələrində daha qabarıq şəkildə müşahidə olunur......burada namus üstündə qətl adəti hələ də qalır. Müsəlman ölkələrində olmasa da, Afrika qitəsində qadınların cinsi orqanlarının kəsilməsi ənənəsi hələ də var. Bundan başqa əsas problemlərdən biri olmuş və hətta inkişaf etmiş ölkələrdə də müşahidə olunan məişət zorakılıqları da var. Bu problemin çox hallarda gizlədildiyini xüsusi qeyd etmək lazımdır."

Xanım Jabr bildirib ki, Parlamentlərarası Birlik dünya dövlətlərini qadına qarşı zorakılığı azaltmağa yönəlmiş qanunlar yazmağa və onların tətbiqinə çağıran qətnamə qəbul edib. Onun sözlərinə görə, hər bir ölkənin parlamenti qadın hüquqlarını daha da inkişaf etdirmək üçün lazımı səlahiyyətlərə malikdir.

Misal olaraq xanım Jabr dövlət büdcəsi və polis qüvvələrində qadınlara qarşı zorakılıqla mübarizəyə ayrılmış vəsaitlər üzərində nəzarət səlahiyyətindən istifadə olunmasını gündəmə qətirir.

BMT-nin Qadınların İnkişaf Fondunun apardığı tədqiqatlar qöstərir ki, qadın hüquqları ilə bağlı qanunvericilikdə inkişaf müşahidə edilir. Məsələn 2003-cü ildə dünyanın ancaq 45 ölkəsində məışət zorakılığında qadınları müdafiə edən qanunlar qəbul edilmişdisə hal hazırda bu cür qanunlar artıq 60 ölkədə qəbul edilib. 89 ölkədə isə ümumiyyətlə zorakılığa qarşı qanunlar qəbul edilib.

XS
SM
MD
LG