Accessibility links

Türkiyədə minlərlə insan Roma Papasının səfərinə etiraz edir


İstanbulda Roma Papası 16-cı Benediktin Türkiyəyə səfərinə qarşı on minlərlə adamın iştirakı ilə izdihamlı nümayiş təşkil edilib. Nümayişçilər bildirirlər ki, Roma Papası iki ay əvvəl Məhəmməd Peyğəmbər haqqında dediklərinə görə üzr istəməsə, o, Türkiyədə yaxşı qarşılanmayacaq. Roma Papası çərşənbə axşamı 4 günlük səfərlə Ankaraya gəlməlidir. Etirazçı gənclərdən biri, 22 yaşlı Mücahid Zəfər Amerikanın səsinə deyib ki, onlar Məhəmməd Peyğəmbəri təhqir edən və ona yaraşmayan sözlər deyən Roma Papasının Türkiyəyə gəlməsini istəmirlər. Roma Papası Benedik iki ay əvvəl 14-cü əsr Bizans imperatorundan sitat gətirərək Məhəmməd Peyğəmbərin təlimini şər və qeyri insanı adlandırdıqdan sonra, İslam dünyasında Papaya qarşı etiraz nümayişləri dalğası baş vermişdi. Papa çıxışından sonra, ki, özünün bu fikri paylaşmadığını demişdi. Nümayiş vaxtı İstanbulda təhlükəsizlik tədbirləri gücləndirilmişdir. Vertolyotlar İstanbulun səmasında keşik çəkmiş, 4 mindən çox polis səfərbərliyə alınmış, maşınların gəliş -gedişi dayandırılmışdır. Nümayiş Səadət islamçı partiyası təşkil edib. Səadat partiyasının sözçüsü Mustafa Kaya deyib ki, Türkiyə qonaqsevər bir ölkədir. Papanın dedikləri isə qəbuledilməzdir və o, mütləq rəsmi şəkildə üzr istəməlidir.
Vatikanın bildirdiyinə göür, Roma Papası dörd günlük səfər zamanı İstanbulun Göy Məscidini də ziyarət edəcək. Papa bu gün Müqəddəs Pyotr meydanında toplaşan ziyarətçilər qarşısında xütbədə Türkiyəyə səfəri barədə məlumat vermişdi.
XS
SM
MD
LG