Accessibility links

Brtianiyada sabiq rus casusunun zəhərləndiyi restoranda və oteldə testlər aparılır


Britaniyanın səhiyyə rəsmiləri sabiq rus casusunun zəhərləndiyi restoranda və oteldə çalışan əməkdaşlar üzərində testlər aparmağa başlayıblar. Polonium 210 maddəsinin izləri Aleksandr Litvinenkonun tanışları ilə görüşdüyü suşi restoranında və otelin barında aşkar edilib. O, görüşlərdən 2 gün sonra xəstəxanaya düşmüş və cümə axşamı alfa radiasiyası zəhərlənməsindən dünyasını dəyişmişdir. Britaniyanın səhiyyə rəsmiləri deyirlər ki, polonium 210 ağızla və ya nəfəs borusu ilə udularsa ziyanlı ola bilər. Rusiya hökumətinin kəskin tənqidçisi olan Litvinenko ölməmişdən bir az əvvəl Rusiya prezidenti Vladimir Putini onun ölümünə fərman verməkdə ittiham etmişdi. Kreml bu ittihamı rədd edir.
XS
SM
MD
LG