Accessibility links

Baş naziri Maliki İraqda rəqib fraksiyaları birliyə çağırıb


İraqın baş naziri Nuri Əl Maliki hökumətindəki rəqib fraksiyaları birliyə çağırıb və təriqətlər zəminində baş verən zorakılıqların qarşısını almağa səsləyib. Cənab Maliki İraqdakı böhranı siyasi adlandırıb və deyib ki, siyasətçilər onun həllinə yardım göstərə bilərlər. O, bu bəyanatı sünni və şiə ərəb, habelə kürd liderlərilə birlikdə iştirak etdiyi televiziya proqramında çıxışı zamanı verib. Cənab Maliki Bağdadın şiələrin yaşadığı Sədr hissəsində olub. Keçən həftə burada baş verən bomba partlayışları nəticəsində 200-dən çox adam həlak olmuşdu. Bu hücumdan sonra şəhərdə qadağan saatı tətbiq edilmişdşir. Prezident Cəlal Talabani hadisə ilə əlaqədar Tehrana səfərini təxirə salmışdır. Rəsmilər onun bazar ertəsi Tehranda iranlı həmkarı Mahmud Əhmədinejadla görüşəcəyini gözləyir. Bu həftə baş nazir Maliki İordaniyada Əmmanda prezident Buşla görüşməlidir.
XS
SM
MD
LG