Accessibility links

Riqa NATO sammitinə ev sahibliyi edir


NATO-nun sammitində iştirak etmək məqsədi ilə Latviyada olan ABŞ prezidenti Corc Buş deyib ki, İraqda Amerikanın missiaysı başa çatdırılmayanadək qüvvələr İraqı tərk etməyəcək. Prezident terrorçuların İraq hökümətini sabitsizləşdirməyə çalışdığını və onları dayandırmaq məqsədi ilə Amerikanın nə edə biləcəyini araşdırmaq istədiyini deyib. Prezident Buş deyib ki, terrorçular İraqda təriqətlərarası zorakılıqları qızışdırmaqla milli birlik hökümətini yıxmaq istəyirlər. Eyni zamanda prezident ölkədə vətəndaş müharibəsinə sürükləndiyi barədə fikirləri rədd edib. NATO-nun Latviyada keçirilən sammiti ərəfəsində Estoniyaya səfər edən cənab Buş mətbuat konfarnsı keçirib. O bildirib ki, bu həftə onun İraqın baş naziri Maliki ilə qörüşü keçiriləcək. Prezidentin sözlərinə qörə, İordaniyada keçiriləcək bu qörüş problemlərin müzakirəsi üçün yaxşı bir ABŞ prezidenti İraqın baş naziri ilə görüşü zamanı onu Əl-Qaidənın təqibinin davam etdiriləcəyində və onun İraqda özünə sığınacaq yatmasına mane olunacağında əmin edəcəyini deyib.

XS
SM
MD
LG