Accessibility links

NATO sammiti başa çatdı


NATO iki günlük Riqa sammitinin sonunda bəyanat qəbul edib. Alyans Taleban və Əl-Qaidə qüvvələrinin hücumları, bəzi üzv ölkələrin qüvvələrin harada və necə yerləşdirilməsi ilə bağlı mübahisələrinə baxmayaraq, Əfqanıstandakı missiyasını davam etdirəcəyinə vəd verib. 26 üzvlü qurum missiyanın nailiyyətinin təminat altına alınması üçün qüvvələr və resurslarla bağlı öhdəliklərinə sadiq qalacağını bildirib. NATO-nun baş katibi Yap Hup Şxeffer bildirib ki, bəzi ölkələr qüvvələrinin müsəlman ölkələrdə yerləşdirilməsi ilə bağlı məhdudiyyətləri aradan qaldıracağına vəd verib. Almaniya, Fransa, İspaniya və İtaliya Əfqanıstanın Talebanların yerləşdiyi cənub bölgələrə qüvvə yerləşdirilməsi çağırışlarını qəbul etməmişlər. NATO liderləri Avropa İttifaqı, BMT və əfqan rəsmiləri ilə təmas qrupunun yaradılması məsələsi ilə bağlı daha yaxın koordinasiya barədə razılıq əldə ediblər. Qeyd edək ki, NATO-nun sammitində üzv ölkələrin prezidentləri və ya baş nazirləri iştitak edib. Fransa prezidenti Jak Şirak Latviyanın prezidentinə anadan olmasının 74-cü ili münasibəti ilə tort təqdim edib

XS
SM
MD
LG