Accessibility links

UKrayna parlamenti xarici və daxili işlər nazirlərini vəzifəsindən azad etdi


Ukrayna parlamenti ölkənin xarici və daxili işlər nazirlərinin vəzifələrindən azad edilməsi haqda qərar çıxarıb. Xarici işlər naziri Boris Tarasyukun vəzifəsindən azad edilməsinə 450 yerlik parlamentin 247-i üzvü, daxili işlər naziri Yuri Lutsenkonun vəzifəsindən azad edilməsinə isə 248 qanunverici səs verib. Yeni daxili işlər naziri vəzifəsinə qanunvericilər iqtisadçı Vasil Tşuşkonu göstəriblər. Hər iki nazir prezident Yuşşenkonun yaxın tərəfdarı idi.
XS
SM
MD
LG