Accessibility links

Roma Papası Türkiyə səfərinin əhəmiyyətli olduğunu deyib


Roma Papası Benedikt bu gün bildirib ki, onun Türkiyəyə səfəri müsəlmanlarla dialoqda əhəmiyyətli rol oynayacaq. Lakin Çinlə əlaqədar məsələyə gəldikdə isə Vatikan rəsmi Pekini katolik kilsəsinə Roma Papasının razılığı olmadan yepiskop təyin etdiyinə görə möhkəm tənqid edib.

Roma Papası Müqəddəs Piter Meydanına yığışmış zəvvarlar qarşısında açıq pəncərədən etdiyi çıxışı zamanı Türkiyə səfərini “unudulmaz bir təcrübə” adlandırdı. Roma Papası Ankarada, İstanbulda və Efes şəhərində dörd gün olmüş və səfərdən cümə axşamı qayıtmışdır. Onun səfərinin məqsədi hələ sentyabr ayında onun İslamın zorakılıqlarla əlaqəsi barədə etdiyi çıxısından sonra qəzəblənmiş müsəlmanlarla münasibətlərin nizama salınması məqsədi daşıyırdı.

Qeyd edək ki, Benedikt İstanbuldakı Mavi Kümbəz məscidinə ziyarət edən ikinci Roma Papasıdır. Onun səfərinin məqsədi eləcə də, oradakı Provoslav kilsəsinin fəaliyyətinin genişləndirilməsi idi.

Roma Papası zəvvarlara deyib ki, onun Türkiyəyə səfəri “unudulmaz mənəvi bir təcrübə idi və o, ümid edir ki, bu müsəlmanlarla xristianlar arasındakı dialoqlarda öz bəhrəsini verəcək. Roma Papası eləcə də, Türkiyədə olan kiçik Katolik icması məsələsinə də toxundu. O, situasiyanın bir o qədər də yaxşı olmadığını dedi. Türkiyədə səfərdə olarkən o, azlıq təşkil edən dinlərin hüquqlarının qorunmasına çağırdığını bildirdi.

Bütün bunlarla yanaşı Vatikan Patriot Katolik Assosiasiyasından dəstək alan Çini yepiskop təyin etməsi ilə əlaqədar tənqid etmişdir. Atrıq bu il üçüncü dəfədir ki, Çin Roma Papasının razılığı olmadan yepiskop təyin edir. Vatikan bu hərəkəti çox ciddi bir əməl adlandırmışdır. Çin isə yepiskopun təyinatı ilə bağlı məsələni müdafiə edərək, Vatikanın tənqidlərinin səbəbsiz olduğunu demişdir. Çin hökuməti Roma Papasının bu hərəkətini daxili işlərə qarışmaq kimi qiymətləndirir.

Qeyd edək ki, 1951-ci ildə kommunistlər hakimiyyət başına gəldikdən sonra, Pekinlə Vatikan arasında heç bir diplomatik əlaqə yoxdur. Çindəki katoliklər ancaq hökumətin razılıq verdiyi kilsələrə gedə bilərlər. Milyonlarla dindar isə gizli fəaliyyət göstərən kilsələrə gedir.

XS
SM
MD
LG