Accessibility links

Ölüm hökmü barədə qərar apilyasiya məhkəməsinə verildi


İraq rəsmiləri bildirirlər ki, Səddam Hüseynin müstəntiqləri ona məhkəmənin çıxardığı ölüm hökmü barədə qərarı apelyasiyaya vermişlər. Onlar eləcə də, müstəntiqlərin 1980-ci illərdə Səddam Hüseynin Duceyldə 148 nəfər şiənin qətlə yetirilməsində əli olduğu ilə əlaqədar məsələ barədə də apelyasiya məhkəməsinə müraciət edəcəklərini bildiriblər.

Qeyd edək ki, Səddam Hüseyn və digər iki nəfər noyabr ayının 5-də məhkəmə tərəfindən asılmaqla ölüm cəzasına məhkum ediliblər.

İraqdan alınan digər bir xəbərdə isə bildirilir ki, koalisiya qüvvələri 6 yaraqlını öldürüblər. Dünən isə hərbi qüvvələrin Anbar vilayətində keçirdikləri reyd zamanı üç nəfər mülki vətəndaş öldürülüb. Bu gün yol kənarına yerləşdirilmiş bomba partlayışı üç Amerika əsgərinin ölümünə səbəb olub.

XS
SM
MD
LG