Accessibility links

Britaniyalı detektivlər Moskvada Litvinenkonun qətlini təhqiq edir


Doqquz Britaniya detektivi keçmiş Rusiya casusu Aleksandr Litvinenkonun Londonda radiasiya ilə zəhərlənərək öldürülməsini təhqiq etmək üçün Moskvadadırlar.

Rusiya baş prokurorluğunun nümayəndələri Skotland Yard təhqiqatçıları ilə bu gün görüşüblər. Rus rəsmilərinin bəyanatında əməkdaşlıq üçün çərçivələrin müəyyən edildiyini deyib.

Baş prokuror Yuri Çayka britaniyalıların Rusiya torpağında heç bir həbs etməyəcəyini deyib. O bildirib ki, Britaniya detektivləri Rusiya Federal Təhlükəsizlik xidmətinin rəhbərlərini sorğu –suala tuta bilməyəcək. Ehtiyac yaranacağı təqdirdə rusiya tərəfi özü həmin şəxsləri sorğu-sual edəcək.

İnterfaks xəbər agentliyi Rusiya həbsxana müdiriyyətinə istinadən xəbər verir ki, britaniyalıların Litvinenko və Kremlin digər düşmənlərinə sui-qəsd hazırlanmasını iddia edən həbsdə olan Rusiya təhlükəsizlik xidməti əməkdaşı ilə də görüşünə də icazə verilməyəcək.

XS
SM
MD
LG