Accessibility links

İraq Araşdırma Qrupu hesabatını açıqladı


ABŞ-ın hər iki partiyasının üzvlərindən ibarət İraq Araşdırma Qrupu prezident Buşun İraq siyasətinin müvəffəqiyyətli olmadığını bildirib və administrasiyanı yeni strategiya hazırlamağa çağırıb. Ekspertlərdən ibarət qrupun üzvləri hesabatı bu gün prezident Buşa təqdim ediblər.

Qrupun ABŞ prezidentinə təqdim etdiyi “İrəliyə doğru yol, yeni münasibət" adlanan 142 səhifəlik sənəd 9 ay ərzində keçirilən müsahibələr və əldə edilən məlumatların nəticəsidir. Burada qrup tərəfindən 79 tövsiyyə irəli sürülür.

Keçmiş dövlət katibi Ceyms Beyker və sabiq konqresmen Li Hamiltonun həmsədrlik etdiyi qrupun tövsiyələri ABŞ-ın İraqda strategiyasında köklü dəyişiklikləri nəzərdə tutur. Sənədd 2008-ci ildə ABŞ-ın İraqdakı qüvvələrinin missiyasının hərbi əməliyyatlardan dəstək əməliyyatlarına keçirilməsi təklif edilir. Araşdırma Qrupu məlumatında İraq hökumətinin fəaliyyətində irəliləyişlər olduğunu bildirir. Cənab Buş Araşdırma Qrupunun İraq barədə verdiyi təkliflərin ciddi olduğunu deyib. Ekspertlərdən iabrtə komissiya habelə ABŞ-la İran və Suriya arasında birbaşa danışqışlar daxil edilməklə, Yaxın Şərqdə yeni diplomatik yanaşma tərzi tövsiyə edilir.

XS
SM
MD
LG