İraq araşdırma qrupunun tövsiyyələri İraq hökuməti tərəfindən ehtiyatla qarşılanıb. Bağdad hökuməti bildirib ki, təkliflər İraq hökumətinin təhlükəszilik siyasəti ilə eynidir. Baş nazir Nuri Əl-Maliki ofisinin bildirdiyinə görə, hesabat baş nazir tərəfindən öyrəniləcək. Qeyd edək ki, hesabatda ABŞ-ın İraq siyasətinin işləmədiyi qeyd edilir. Siələrin tövsiyyələri rədd edəcəyi təxmin edilir. Sünnü siyasi liderlər araşdırma qrupunu İraq deyil, Amerikanın maraqlarına xidmət etməkdə günahlandırıb.