Accessibility links

"Iran Azərbaycanına pəncərə" verilişinin həftəlik xəbərlər icmalı


Beynəlxalq Amnistiya: "Reza Abbasi vicdan məhbusudur"
Abbas Lisaniyə daha bir il həbs cəzası
Urmiyə Universitetinin tələbələri millətçi həmkarlarına qarşı repressiyalara etiraz edir
"21 Azər günü"

Beynəlxalq Amnistiya: "Reza Abbasi vicdan məhbusudur"

Beynəlxalq Amnistiya dekabr ayında Aəlzlıqların hüquqlarını müdafiə layihəsi çərçivəsində İran Azərbaycanlılarının hüquqlarına dair xüsusi kampaniyaya başlayıb. Beynəlxalq Amnistiya ilə əməkdaşlıq edən Kanadalı hüquq müdafiəçisi Faxtə Zamani başlanan kampaniyanın İranda azərbaycanlılara qarşı edilən haqsızlıqların dünyaya çatdırılmasında böyük rol oynayacağını deyib.

Bu kampaniya çərçivəsində Reza Abbasi haqqında çıxan birinci bəyanatında Beynəlxalq Amnistiya həbsdə olan jurnalistin vicdan məhbusu olduğunu bildirir. Reza Abbasinin indiyə kimi həbsləri, ailəsinə və özünə təzyiqlər haqda geniş məlumatın yer aldığı sənəddə Azərbaycanlıların milli hüquqularının poulması və dinc mübarizəsi barədə də məlumat verilir.

Bu seriyadan olan sənədlərin bütpv bir paket şəklində dərc olunacağını deyən Faxtə Zamani informasiyanın beynəlxalq təşkilata çatdırılmasında İrandakı fəalların xüsusi rolunu qeyd etdi.

Abbas Lisaniyə daha bir il həbs cəzası

Bu həftə İran Azərbaycanlılarının hüquqları uğrunda hərəkatın liderlərindən biri Abbas Lisaninin məhkəmə hökmlərindən biri üzrə keçirilən Apellyasiya məhkəməsinin qərarına görə ona daha bir il həbs cəzası kəsilib.

Kanadalı hüquq müdafiəçisi Faxtə Zamani bununla onun qətiləşdirilmiş həbs cəzasının 30 aya çatdırıldığını və digər hökmlərin məhkəmə baxışında olduğunu dedi.

Urmiyə Universitetinin tələbələri millətçi həmkarlarına qarşı repressiyalara etiraz edir

Dekabrın 6-da Urmiya Universitetinin 500-ə yaxın tələbəsi ali məktəblərdəki inzibati komitələrin millətçi tələbələrə qarşı çıxardığı hökmlərə etiraz olaraq piket keçiriblər. Güney Azərbaycandakı mənbələrdən «Media forum»a verilən məlumata görə, aksiyanın qətnaməsində bildirilir ki, Urmiya Universitetinin rəhbərliyi dekabrın 10-na qədər millətçi tələbələrə qarşı təzyiqlərə son qoymasa, inzibati komitələrin tələbələrə qarşı çıxardığı hökmlər ləğv olunmasa, tələbələr gələn həftədən dərsləri boykot edərək oturaq aksiyaya başlayacaqlar. Aksiya zamanı universitetin təhlükəsizlik qüvvələri ali məktəbin korpuslarının yerləşdiyi ərazini mühasirəyə alaraq aksiyaçıları qorxutmağa çalışsa da, tələbələr buna əhəmiyyət verməyiblər və aksiyanı davam etdiriblər

21 Azər günü

İranın Azərbaycan şəhərlərində qarşıdan gələn 21 Azər günü ilə əlaqədar xüsusi fəallıq hiss olunur. Bu arada Demokratik Dünya Azərbaycanlıları Konqresinin (Demokratik DAK) İdarə Heyətinin sədri Məhəmməd Rza Xişti «21 Azər» Hərəkatının 61-ci ildönümü ilə bağlı təbrik bəyanatı verib. Bəyanatda qeyd edilir ki, «21 Azər» Hərəkatı öz məzmununa və kütlələri təşkil etmək miqyasına görə XX əsrdə Güney Azərbaycandakı hərəkatın zirvəsidir: «Bu hərəkata münasibət bildirərkən və qiymət verərkən birmənalı şəkildə deməliyik ki, insanlar hərəkatın başvermə tarixindən uzaqlaşdıqca onun haqqında daha çox bəhs edir, daha çox yazır və daha çox xatırlayırlar. Bu hal güneydəki milli qüvvələr, xüsusilə gənclik arasında daha qabarıq, daha aydın sezilir».

XS
SM
MD
LG