Accessibility links

Fələstində firqələr razılığa gələ bilmir


Fələstin prezidenti Mahmud Abbas bildirib ki, onun başçılıq etdiyi Fətah təşkilatı ilə Həmas yaraqlı qrupu arasında siyasi razılıq əldə edilməsə, o, erkən seçkilərin keçirilməsinə sərəncam verəcək. Həmas qrupu bu bəyanatı dərhal rədd edib.

Cənab Abbas bu bəyanatı verdiyi zaman aylardan bəri əmək haqlarını almayan təxminən 2 minə yaxın polis havaya atəş aça-aça Qəzzə zolağındakı Həmasın parlament binasına daxil olub.

Fələstinin liderləri çox ciddi maliyyə böhranı ilə üzləşiblər. Buna səbəb beynəlxalq ictimaiyyətın Fələstin muxtariyyətində rəhbərliyə gələn Həmas qrupu terrordan əl çəkməyənə və İsrailin mövcudluq hüququnun tanımayana qədər göstərdikləri maliyyə yardımını dayandırmasıdır. Həmas hakimiyyətə gələndən bəri 80 minə yaxın polis daxil olmaqla 165 min Fələstinli büdcə işçisinin maaşı ödənməyib.

Həmasın Baş Naziri İsmayıl Həniyyə dünən Tehrada demişdi ki, onun başçılıq etdiyi qrup heç bir vaxt İsrailin mövcudluğunu tanımayacaq. Fətah təşkilatı Həması müntəzəm təhlükəsizlik qüvvələrinin əsgərlərini yox, özünün yaraqlı qrupunu əmək haqqı ilə təmin etməkdə təqsirləndirir.

Fələstinin siyasi təhlilçisi Vadia Əbü Nasir deyir ki, Həmas hakimiyyət başına keçmək üçün bir çox vədlər vermişdi, İndi isə o bu vədlləri yerinə yetirə bilmədiyi üçün tərəfdarlarını itirir. İrandan artıq 120 milyon dollar yardım almış Hımas hökuməti əlavə ayda 30 milyon dollarlıq yardım gözləyir.

Amma Əbu Nasir bunun işə yaramayacağını deyir. Onun sözlərinə görə, İranın verdiyi maliyyə yardımı yalnız Həmasın fəallarına verilir. Fələstin polisi Qəzzə zolağından başqa İordan çayının qərb sahilində də əmək haqqı almadığına görə Həmasa qarşı çıxış edir.

XS
SM
MD
LG