Accessibility links

Qəzza şəhərində məktəblilər qətlə yetirilib


Fələstinli olmasından şübhələnilən bir silahlı şəxs Qəzza şəhərindəki məktəbin yaxınlığında atəş açaraq üç şagirdi qətlə yetirib. Rəsmilər bildirirlər ki, silahlı şəxs, Fələstin prezidenti Mahmud Abbasın tərəfdarı, Fətah partiyasının yüksək səviyyəli zabiti Baha Baluşehin oğlunun olduğu maşına atəş açıb. Hücum zamanı 6 və 10 yaşlarında məktəblilər və hadisənin şahidi qətlə yetirilmişdir.

Təhlükəsizlik rəsmiləri hücumu Baluşehin maşınına edildiyini deyirlər. Qeyd edək ki, cənab Baluşehə bundan əvvəl də iki dəfə hücum edilmişdi.

Bu hücumun məsuliyyətini Fətah Həmasın üzərinə atır. Ramallahda etdiyi çıxışı zamanı Fələstin prezidenti Mahmud Abbas hücumu "iyrənc əməl" adlandıradaq, bunun insanlıqdan kənar bir hərəkət olduğunu demişdir.

Uşaqların dəfn mərasimi zamanı Fətah partiyasını dəstəkləyən minlərlə qəzəbli insan yollarda maşın təkərləri yandırmış və ticarət mərkəzlərinin işini dayandırmışlar. Onlar qisas alınmasına çağırmışlar.

XS
SM
MD
LG