Accessibility links

ABŞ Dövlət Departamenti Dağlıq Qarabağda keçirilmiş referendumla bağlı bəyanat verib


Dövlət Departamentinin sözçüsü Edqar Vaskez Amerikanın Səsinə bildirib:

"Birləşmiş Ştatlar Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Biz Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımırıq. Biz təəssüf edirik ki, Dağlıq Qarabağda rəsmilər regionun müstəqilliyini təsbit edən konstitusiya layihəsi üzrə referendum keçiriblər.

ATƏT-in Minsk qrupunun həmsədri kimi biz Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə danışıqlar vasitəsilə nizamlanması üzərində işləyirik. Dağlıq Qarabağın gələcək statusu sülh prosesi çərçivəsində Ermənistan və Azərbaycan arasında danışıqlarda müzakirə olunan məsələdir. Referendumun prosesi qabaqlamasına baxmayaraq, biz onun nəticələrini tanımırıq.

Bununla belə, biz nəticələrin danışıqlarda yaranmış perspektivlərə mane ola biləcəyini düşünmürük."

XS
SM
MD
LG