Accessibility links

ATƏT ANS-in efirə qayıtmasını alqışlayır


Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, eləcə də Avropa Şurası Azərbaycan hökumətinin özəl Azərbaycan News Service – ANS televiziya şirkətinin efirini bərpa etməsinə icazə verməsini alqışlayır.

ANS televiziya və radio kanalının efiri noyabrın 24-də rəsmilər onların efirini kəsdikdən sonra ilk dəfə bərpa edilib. Elə həmin gün ölkə rəhbərliyi iki müxalifət qəzetini də ofislərindən məhrum etmişdi.

ATƏT və ABŞ bu addımların Azərbaycanın söz azadlığını təmin etmə öhdəliyinə sadiqliyi barədə suallar doğurduğunu irəli sürərək, onları pisləmişdi.

Azərbaycanın media tənzimləyici orqanı ANS-in gələn il lisenziya almaq üçün tenderdə iştirak etməli olduğunu bildirib. Əgər bu şirkət tenderdə qalib gəlməsə, ANS-in tezlikləri başqa şirkətə verilə bilər.

Bu telekanal əvvəllər BBC və Amerikanın səsinin proqramlarını retranslyasiya edirdi, lakin indi bu, qadağan olunub.

XS
SM
MD
LG