Accessibility links

Əfqanıstan prezidenti Pakistanı Taliban üsyançılarını dəstəkləməkdə günahlandırır


Əfqanıstan prezidenti Həmid Karzai Pakistan hökumətini Əfqanıstandakı Taliban üsyançılarını birbaşa dəstəkləməkdə günahlandırıb. Buna cavab olaraq Pakistanın xarici işlər naziri Xurşid Kasuri deyib ki, Pakistan Əfqanıstanda sabitliyə nail olmaq üçün əlindən gələni edəcək.

Cənab Karzai bunu dünən, talibanların nəzarəti altında olan Qəndəhar şəhərində edib. O, Əfqanıstanın probleminin ancaq Talibanla deyil, Pakistanla da əlaqədar olduğunu deyib. Cənab Karzai Pakistanı Taliban hərəkatını yaratmaqda və dəstəkləməkdə günahlandırıb. Pakistan liderləri isə dəfələrlə bu ittihamı rədd edərək, Əfqanıstanda olan yaraqlılarla bağlı heç bir məsuliyyət daşımadıqlarını bildiriblər.

Cənab Karzainin Qəndəhara səfərinin məqsədi eləcə də, qərb diplomatları və Əfqanıstanda hərbi əməliyyatlarla əlqədar NATO hərbi komandirləri ilə danışıqlar keçirmək idi.

NATO qüvvələrinin bildirdiyinə görə, dünən hərbiçilər yüksək sürətlə gedən motosikli dayandırmaq üçün atəş açmalı olmuş və nəticədə sürücü qətlə yetirilmişdir. Digər bir məlumatda isə bildirlir ki, Xost vilayətində Birləşmiş Ştatlar və Əfqan hərbiçiləri ilə yaraqlılar arasında baş verən toqquşma zamanı 4 yaraqlı və bir gənc qız öldürülmüşdür. NATO mülki vətəndaşların qətlinə görə təəssüfləndiyini və bu sahədə istintaq aparıldığını bildirb.

XS
SM
MD
LG