Accessibility links

ABŞ prezidenti Amerikanın İraq siyasəti ilə bağlı görüşlərini başa çatdırıb.


Pentaqon rəsmiləri ilə görüşündən sonra prezident Buş deyib ki, tələsik qərar vermək niyyətində deyil. O, müdafiə naziri vəzifəsinə yenicə təsdiq edilən Robert Qeytslə vəziyyəti müzakirə edəcəyini bildirib.

Vaşqinton Post və Nyu York Tayms qəzetlərinin yazıdğına görə, hərbi liderlər Amerikanın İarqdakı qüvvələrinin rolunun dəyişdirilməsini istəyir. Qeyd edək ki, ABŞ prezidentinin Milad bayramından əvvəl İraq siyasəti ilə bağlı qərarını açılayacağı gözlənilirdi.

Xatrıladaq ki, prezident Buş bu həftə İraqla bağlı bir sıra görüşlər keçirmişdir. Bunlara İraqın sünni Virse-prezidenti Tariq Əl Haşimi ilə Ağ Ev görüşü, İraq prezidenti Calal Talabani və kürdlərin regional lideri Məsud Bərzani ilə telefon söhbətləri daxildir.

XS
SM
MD
LG