Accessibility links

Rusiyada növbəti prezident seçkilərinin günü müəyyənləşib


Rusiya rəsmiləri növbəti president seçkilərini 2008-ci il martın 9-na təyin ediblər. Rusiya Mərkəzi Seçki Komissiyasının sədri Aleksandr Veşnyakov bu xəbəri Stavropol vilayətinə səfəri zamanı verib. O, seçki kampaniyasının gələn il dekabrda başlayacağını deyib.

Rusiya konstitusiyasına görə, Vladimir Putin üçüncü dəfə namizəd ola bilməz. Putinin özü də ofisdə qalmaq niyyətinin olmadığını, lakin istefadan sonra da ölkənin siyasi həyatında aktv olacağını deyib.

XS
SM
MD
LG