Accessibility links

Qəzza və Ramallah şəhərlərində qarşıdurma olub


Qəzza və İordan çayının qərb sahilinin Ramallah şəhərində Fələstinin rəqib yaraqlıları arasında atışmalar olub. Bu, Fələstinin baş nazirini müşayiət edənlərin atəşə tutulmasından bir gün sonraya təsadüf edir. Hakim Həmas ilə prezident Mahmud Abbasın başçılıq etdiyi Fətah təşkilatının yaraqlıları arasındakı toqquşmalarda 30-dan artıq adamın yaralandığı bildirilir. Atışmalar Həmas qrupunun Fətah təşkilatına sadiq yaraqlıları baş nazir İsmayıl Həniyyəni qətlə yetirmək cəhdində ittiham etməsindən sonra baş verib. Dünən Misir ilə Qəzzə zolağı arasındakı sərhəd məntəqəsindəki atışmalarda baş nazir İsmayıl Həniyyənin bir cangödəni öldürülmüş, azı 20 nəfər yaralanmışdır. Prezident Mahmud Abbas hadisəyə görə təəssüfünü bildirmişdi. Həmasın sözçüsü isə Fətah təşkilatının yüksək səviyyəli rəsmisi Məhəmməd Dahlanı baş nazir İsmayıl Həniyyənin qətl planını hazırlamaqda ittiham edib. Fətah təşkilatı bu ittihamları qətiyyətlə rədd edir. Zorakılıqlara baxmayaraq Qəzzə şəhərində Həmasa dəstək nümayiş etdirilməsi və təşkilinin 19-cu ildönümünü münasibəti ilə minlərlə adamın iştirakı ilə tədbir keçirilib.

XS
SM
MD
LG