Accessibility links

Putin və Lukaşenko Moksvada  danışıqlar aparır


Belarus prezidenti Aleksandr Lukaşenko və Rusiya prezidenti Vladimir Putin iki ölkə arasında enerji qiymətlərinə görə gərginliyin mövcud olduğu şəraitdə görüş keçirirlər. Dövlət başçılarının əməkdaşlıq haqda müqavilələr, habelə enerji qiymətlərini müzakirə edəcəyi gözlənilir. Bu həftənin əvvəli Rusiya Belarusun neft ixracına vergi qoymuşdur. Bu addım Rusiyadan Belarusa nəql edilən təbii qazın qiymətinin artırılmasından sonraya təsadüf edir. Qiymətlərin artırılması Rusiyanın təbii qazı Avropaya daşıyan Belarus kəməri üzərində nəzarəti ələ alması üçün bir vasitə kimi qiymətləndirilir. Belarus bu cəhdlərə müqavimət göstərməyə çalışır.
XS
SM
MD
LG