Accessibility links

ABŞ prezidenti Konqresi büdcə islahatlarına çağırır


Amerika Birləşmiş Ştatlarının prezidenti Corc Buş bu gün həftəlik radio müraciəti zamanı Konqresi büdcə islahatarına çağırıb. Prezident Buş deyib ki, Konqres son dəqiqə qərarlar verilməməsi üçün federal xərclərə daha yaxşı nəzarət edilməsi ölçülərinə əl atmalıdır. Prezident adətən təxirə salınan qərarların heç vaxt debatlar və ya müzakirələr mövzusu olmadığını deyib. Corc Buş Konrqesin belə ölçülərə müvəqqəti moratorium qoymağa razılıq verdiyini desə də, bunun kifayət etmədiyini bildirib. Amerika prezidenti daha artıq iş görülməsinin vacibliyini vurğulayıb.

XS
SM
MD
LG