Accessibility links

Moskvada qətlə yetirilmiş media mənsublarının xatirəsi yad edilib


Bu gün Moskvada jurnalistlər daxil omaqla bir neçə yüz adam keçirdikləri etiraz aksiyasında qətlə yetirilmiş müxbir Anna Politkovskaya və başqa media mənsublarının xatirələrini yad ediblər.

Mərkəzi Moskvada küçəyə çıxan nüamyişçilər “rədd olsun polis dövləti” şüarları hayqıraraq əllərində Politkovskayanın və baqşa qətlə yetirilmiş jurnalistlərin şəkillərin tutublar. Təşkilatıçıların dediyinə görə nümayiş Puşkin meydanına yürüşlə başlamalı idi. Lakin nümayişə icazə verən Moskva rəsmiləri yürüşə icazvə verməyiblər. Kremlin Çeçenistandakı hərbi kampaniyası haqda tənqidi hesabat çap etməyə hazırlaşan Politkovskaya Oktyarbın 7-də mənzilinin qarşısında güllələnib. Nyu Yorkda yerləşən Jurnalistləri Müdafiə Komitəsinin verdiyi məlumata görə Prezident Vladimir Putin 1999-cu ildə hakimiyyətə gəldikdən bəri Rusiyada 13 jurnalist ölüdürlüb.

XS
SM
MD
LG