Accessibility links

ABŞ rəsmisi Şimalı Koreyanı nüvə məsələsində  ciddiliyə çağırıb


Birləşmiş Ştarların Şimali Koreyanın nüvə proqramı ilə bağlı elçisi Pxenyanı nüvə proqramına son qoymaqda ciddilik nümayiş etdirməyə çağırıb. Kristofer Hill Şimali Koreyanın nüvə proqramı ilə əlaqədar altı-tərəfli danışıqlarda iştirak etmək üçün Pekinə gəlib.

Hill deyir ki, danışıqların bu raundu Şimal üçün həlledici əhəmiyyət kəsb edir: Belə ki, Pxenyan diplomatik kursla və sanksiyalar arasında seçim etməlidir. Amerikalı diplomat Şimali Koreyalı həmkarı Kim Kye Qvanla bu gün Pekində keçirilən naharda görüşüb, lakin onların arasında ciddi müzakirə olmayıb.

Hillin bildirdiyinə görə Vaşinqtonun məqsədi Pxenyanı 2005-ci ildə əldə olunmuş Sentyabr razılığına əməl etməyə inandırmaqdır ki, bu sazişə əsasən Şimali Koreya nüvə silahları proqramına son qoyacağını vəd etmişdi.

XS
SM
MD
LG