Accessibility links

İran prezidenti Təhlükəsizlik Şurasını hədələyir


İran prezidenti Mahmud Əhmədinejad BMT-nin Təhlükəsizlik Şurası nüvə proqramına görə Tehrana qarşı sanksiyalar tətbiq etsə buna cavab veriləcəyi ilə hədələyib. Bu gün Kirmanşah şəhərində böyük kütlə qarşısında çıxış edən İran prezidenti Britaniya, Fransa və Almaniyaya xəbərdarlıq edib ki, onların BMT sanksiyalarını müdafiə etməsi İran tərəfindən “düşmənçilik aktı” kimi qiymətlənidiriləcək.

Qeyd edək ki, bu üç ölkə sanksiyalara dair qətnamə layihəsini Təhlükəsizlik Şurasına təqdim edib. Lakin Təhkükəsizlik Şurasının daimi üzvlərindən biri olan Rusiya sanksiyalar paketinə etirazını bildirib.

Bazar ertəsi ABŞ Dövlət Departamentinin mətbuat katibi Şon Makkormak deyib ki, Vaşinqton BMT-nin Təhlükəsizlik Şurasının sanksiyalara dair səsverməni yaxın günlərdə keçirməsini istəyir. ABŞ rəsmisi İranı nüvə silahı istehsal etməyə çalışmaqda ittiham edib.

XS
SM
MD
LG