Accessibility links

Ukrayna xarici işlər nazirini hökumət iclaslarına buraxmırlar


Ukraynanın baş naziri Viktor Yanukoviçin müttəfiqləri president Viktor Yuşenko ilə hakimiyyət uğrunda gərgin mübarizədə dirəniş göstərir. Onlar Yuşenko tərəfdarı olan xarici işlər naziri Boris Tarasyukun hökumət iclaslarında iştirakına artıq ikinci dəfədir ki, mane olurlar.

Bu gün Kiyevdə Yanukoviç tərəfdarları yenidən hökumət iclasına gedən Tarasyukun yolunu kəsiblər. Tərəflər arasında münaqişə qopub və Tarasyuk geri dönməli olub. Oxşar insident iki həftə əvvəl də baş vermişdi.

Parlamentin dekabrın birində istefaya göndərdiyi Tarasyuku Yuşenko yenidən vəzifəsinə bərpa etmişdi. Tarasyuk Yuşenkonun yaxın müttəfiqi olmaqla bərabər, ölkənin Qərblə yaxınlaşmasının tərəfdarıdır. Parlamentdə isə çoxluğu Rusiya tərəfdarları təşkil edir.

XS
SM
MD
LG