Accessibility links

Sergey Lavrov: "Biz belə danışmamışdıq"


Rusiyanın xarici işlər naziri Sergey Lavrov Qərb qüvvələrini BMT Təhlükəsizlik Şurasının qətnaməsi vasitəsilə İranı cəzalandırmaq cəhdlərinə görə tənqid edib.

Bu gün Moskvada Lavrov xüsusilə ölkənin nüvə və raket proqramları ilə əlaqəli rəsmilərinin səyahətlərinə məhdudiyət qoyan təklif barədə danışıb. O, Rusiyanın bu tədbiri “cəzalandırma elementi” adlandırdığını deyib, və "biz əvvəlcədən belə razılaşmamışdıq” deyə əlavə edib.

Rusiya xarici işlər nazirinin sözlərinə görə, bəzi ölkələr qətnamə layihəsinə elə müddəalar salmağa çalışır ki, onlar İranın, Lavrov qeyd etdiyi kimi, tamamilə qanuni ticarət və iqtisadi əlaqələrinə ziyan vurur.

Avropa Birliyi tərəfindən hazırlanan qətnamə layihəsi BMT Təhlükəsizlik Şurasının 15 üzvü arasında çərşənbə axşamı yayılıb. Birləşmiş Ştatlar bu layihə üzrə səsvermənin cümə günü keçirilməsini istəyir.

XS
SM
MD
LG