Accessibility links

Raul Kastro: "Fidel əvəzolunmazdır"


Kuba Prezidentinin səlahiyyətlərini icra edən Raul Kastro deyir ki, onun xəstə qardaşı Fidel Kastro əvəzedilməzdir və onun yerini yalnız bütov Kuba Kommunist Partiyası tuta bilər.

Raul Kastro bu sözləri Havanada Universitet Tələbələri Federasiyasının iclasında söyləyib. O, tələbələrə deyib ki, iyulda liderliyi ələ alanda o, qardaşını əvəzləməyi qarşısına məqsəd qoymamışdı.

O, həmçinin deyib ki, istər-istəməz liderliyi ölkənin gənc nəslinə ötürmək Kubanın inqilabi nəslinin borcudur.

Bu gün Kuba parlmanetinin sessiyası keçirilir. SOn 30 ildə 2-ci dəfədir ki, Kuba parlamenti Fidel kastronun iştirakı olmadan iclas keçirir. ABŞ milli kəşfiyyat idarəsinin direktoru Con Neqroponte deyib ki, Fidel Kastro ağır xəstədir və o, yaxın aylar ərzində ölə bilər.

XS
SM
MD
LG