Accessibility links

Əhməd Ertegün dünyasını dəyişdi


Bu yaxınlarda dünyasını dəyişən Amerikanın ən iri səsyazma şirkətlərindən Atlantik Rekordsun təsisçisi Əhməd Ərtəgün üçün ötən həftə İstanbulda keçirilən dəfn mərasimində siyasi liderlər, musiqiçilər və başqa incəsənət xadimləri iştirak edib.

1947-ci ildə sonradan Amerikanın ən iri səsyazma şirkətlərindən birinə çevriləcək Atlantik Rekordsu yaradan cənab Ərtəgünün Amerika musiqisinin formalaşmasında mühüm rolu olduğu deyilir. Amerikanın başlıca qəzetləri və telekanalları onun ölümü barədə xəbərə geniş yer veriblər.

Əhməd Ərtəgün tanınmış biznismen və mədəniyyət xadimi kimi Amerikada Türkiyənin tanıdılması sahəsində də geniş fəaliyyət göstərib. Roling Stones konsertində yıxılaraq başından zədələnən Atlantik Rekords şirkətinin prezidenti Əhmət Ərtəgün ötən həftə cümə günü 83 yaşında dünyasını dəyişib.

O, ABŞ-da musiqi sahəsindəki nailiyyətlərinə və Türkiyənin tanıdılması üçün gördüyü işlərə görə xatırlanır. Əhməd Ərtəgün Rey Çarls, Aretha Franklin kimi ritm və bluz müğənilərinin və bir çox başqa ulduzun parlamasında böyükrol oynayıb. Əhmət Ərtəgün Amerikanın tanınmış iş adamlarından və incəsənət xadimlərindən biri kimi Amerikada Türkiyənin tanıdılması üçün fəaliyyət göstərib. Onun İstanbulda keçirilən anım mərasimində iştirak edən Türkiyənin xarici işlər naziri Abdullah Gül də mərhumun bu sahədəki fəaliyyətini yada salıb.

Otuzuncu illərdə atası Türkiyənin ABŞ-dakı səfiri təyin ediləndən sonra Vaşingtona gələn cavan caz həvəskarı o zaman da cazz musiqisinin əsas ifaçıları olan afrika mənşəli amerikalı musiqiçilərlə daha çox maraqlanırdı. Belə musiqiçilərin siyahısına Ella Fitscerald və Nat Kinq Koul da daxil idi.

Əhməd Ərtəgün və qardaşının təşəbbüsü sayəsində onların Vaşingtonda olduqları illər ərzində Vaşingtondakı Türk səfirliyində tez tez caz konsertləri təşkil edilirdi. Ailəsi Əhmət Ərtəgünün Türkiyəyə qayıdıb diplomat olmasını istəsə də o, Birləşmiş Ştatlarda qalıb sevdiyi musiqi sahəsində fəaliyyət göstərmək qərarına gəlib.

O, şərikləriylə bir yerdə 1947-ci ildə Atlantik Rekords adlı səsyazma şirkətini yaratdı. Əhməd Ərtəgün biznes həyatında da caza üstünlük verib. Onun şirkəti Аfrika mənşəli amerikalı musiqiçilərin caz albomlarının hələ geniş ictimaiyyət tərəfindən tanınmadığı bir vaxtda da onların musiqisinə üstünlük verirdi.

Ərtəgün onlarla tanınmış müğənninin albomlarını buraxsa da, Rey Çarlsın musiqisinə və özünə xüsusi rəğbəti olduğunu deyirdi. Onlarla musiqiçinin tanınmasındakı roluna görə ABŞ medyası Əhməd Ərtəgünü Amerika musiqisinin formalaşmasında rolu olan adam olaraq tanıyır.

XS
SM
MD
LG