Accessibility links

Roma Papası Milad müraciətində insan həyatının mühümlüyünü vurğulayıb


Roma Papası Benedikt özünün həftəlik müraciətində insan həyatının mühümlüyünü vurğulayıb. Bu arada yüzlərlə adam Vatikanın onun üçün katolik dəfn mərasimi keçirmədkən imtina etdiyi ölmək hüququnun advokatının xatirəsini yad ediblər. Papa Müqəddəs Piter meydanında toplaşmış zəvvarlara bildirib ki, Milad bəşəriyyətə hər bir insan həyatının başlanğıqcan son nöqtəyə qədər nə qədər mühüm olduğunu anlamaqda kömək edir. Eyni zamanda Romada özünü tibbi həyat maşınından çıxararaq öldürmüş Piyergiorgio Velbinin qeyri-dini dəfn mərasimi keçirilib. Vatikan rəsmiləri kilsənin dini qaydada dəfn mərasimi keçirilməsinə icazə verməməsini izah edərək bildiriblər ki, Velbi Roma Katolik qaydalarının əleyhinə gedərək özü öz həyatına son qoyub.
XS
SM
MD
LG