Kəşmirin " hspace=2 src="/azerbaijani/images/AP_Kashmir_villagers_wait_out_til_fights_end_eng_195_25dec06.jpg" width=210 align=left vspace=2 border=0>Hindistanın nəzarətindəki hissəsində İslamçı yaraqlı olduqlarından şübhələnilən şəxslərlə hökumət qüvvələri arasında baş verən toqquşma nəticəsində azı dörd adamın həlak olduğu bildirilir. Atışmalar polisin yaraqlıları ələ keçirmək məqsədi ilə bir kəndi mühasirəyə almasından sonra başlayıb.
Polisə istinadən verilən məlumata görə ölənlərin siyahısına iki yaraqlı və bir polis komandiri daxildir. Əməliyyatlar zamanı bir neçə adam da yaralanıb və bəzi evlər dağıdılıb. Döyüşlərdən sonra bölgədə təhlükəsizlik tədbirləri artırılıb.