Accessibility links

Çerkessk şəhərində polislə yaraqlılar arasında atışma olub


Rusiyanın Qaraçay-Çerkes bölgəsində təhlükəsizlik qüvvələri ilə yaraqlı olduqlarından şübhələnilən şəxslər arasında atışma baş verib. Mediya xəbərlərində deyilir ki, Çerkesskdə baş verən atışma zamanı iki silahlı şəxs öldürülüb.

İtar Tass isə üçüncü bir şəxsin həbs olunduğunu bildirir. Associated Press Xəbər Agentliyi şahidlərə istinadən xəbər verib ki, şübhəli bilinənlərin olduqları bina polis tərəfindən mühasirəyə alınıb. Polis binanı atəşə tutub və əl qumbarası atıb.

Rusiyanın təhlükəsizlik xidmətinə istinadən xəbərdə bu da qeyd olunub ki, binadakı şəxslərin yerli bir polis işçisinin öldürülməsində əlləri olduğu təxmin edilir.

XS
SM
MD
LG