Accessibility links

Bağdadda  hücumlar nəticəsində 37 adam həlak olub


İraqın təhlükəsizlik nümayəndələrinin bildirdiklərinə görə Bağdadın müxdəlif yerlərində baş verən bomba partlayışları nəticəsində 37 adam həlak olub çoxsayda adam da yaralanıb. Xəstəxana nümayəndələrinin bildirdiklərinə görə şəhərin Sünnülər yaşayan hissəsində bir məsciddə bomba partlayışı 15 adamın ölümünə səbəb olub. Bağdadın Qərbində üç maşında eyni anda baş verən partlayışlar nəticəsində isə 16 adam həyatını itirib. Şəhərin mərkəzi və şərq hissəsində də başqa hücumlar həyata keçirilib.

Dünən də İraq polisi təriqət davasının qurbanı olduqları təxmin edilən 40 nəfərin cəsədinin tapıldığını bildirib. Bu arada İraqdakı ABŞ hərbi qərarqahından verilən məlumata görə İraqda daha altı Amerikan hərbiçisi qətlə yetirilib. Bununla İraqda həlak olan Amerikanların sayı üç minə yaxınlaşıb.

XS
SM
MD
LG