Accessibility links

Beslan hadisələrinin iştirakçısının hökmü dəyişilmədi


Rusiyanın ali məhkəmə instansiyası 2004-cü ildə Rusiyanın cənubunda məktəbin girov götürülməsi əməliyyatında sağ qaldığı məlum olan yeganə yaraqlıya ömürlük həbs cəzasını qüvvədə saxlayıb.

Nurpaşi Kulayev Beslan hücumunda iştiraka görə May ayında bu cəzanı almışdı. Kulayevin Apellyasiya üçün müraciət edən qohumları hökumətin, insanların xilası üçün edilən cəhdlərə mane olduğu barədə faktların araşdırılmadığını əsas gətirmişdilər.

Beslanda rus qoşunlarının Çeçenistandan çıxmasını tələb edən yaraqlıların məktəbi girov götürməsi yarısı uşaq olan 333 nəfərin ölümü ilə nəticələnmişdi.

XS
SM
MD
LG