Accessibility links

Litvinenkoyla Noyabırın birində  görüşən İtaliyalı dindirilib


" hspace=2 src="/azerbaijani/images/ap_britain_italy_Scaramella_1dec06_eng_195.jpg" width=197 align=left vspace=2 border=0>Rusiyanın keçmiş agenti Aleksander Litvinenkonun radiasiya zəhərlənməsindən xəstələndiyi gün onunla görüşən İtaliyalı Mario Skaramella İtaliya təhlükəsizlik xidməti tərəfindən dindirilib.

O bazar günü Londondan İtaliyaya qayıdandan sonra nəzarət altına alınmışdı. İtaliyada ona qarşı irəli sürülən ittihamların isə Litvinenkonun ölümüylə əlaqəsi olmadığı təxmin edilir. Bu ittihamların siyahısına böhtan atmaq, silah qaçaqmalçılığı və Sovet ittifaqı dövründə KGB-nin İtaliyadakı fəaliyyətiylə əlaqədar parlamentdə aparılan təhqiqatla bağlı dövlət sirlərinin açıqlanması daxildir.

Skaramellanın vəkili isə onun tezliklə azadlığa buraxılmasını tələb edir. Mario Skaramella Aleksandır Litvinenkonun radiasiya zəhərlənməsindən xəstələndiyi gün olan Noyabrın birində görüşdüyü bir neçə adamdan biridir. Litvinenko ölüm döşəyində iddia etmişdi ki, onu Rusiya prezidenti Vladimir Putine müxalif olduğuna görə zəhərləyiblər. Kreml isə bu iddianı rədd edir.

XS
SM
MD
LG