Accessibility links

ABŞ-ın  sabiq prezidenti Gerald Ford 93 yaşında vəfat edib


Birləşmiş Ştatların sabiq prezidenti Gerald Ford 93 yaşında vəfat edib. Onun həyat yoldaşı xanım Betti verdiyi bəyanatda ərinin vəfatı barədə məlumat vermiş, lakin ölüm səbəbini açıqlamamışdır.

Sabiq vitse prezident mərhum Gerald Ford Sabiq prezident Riçard Niksonun Watergate qalmaqalı zamanında prezident seçilmişdi. Prezident Nikson vitse prezident Spiro Agnünün rüşvət qalmaqalına görə istefasını qəbul etmiş və Gerald Fordu özünə vitse- prezident seçmişdi.

Bundan sonra Demokrat partiyasının Watergate mehmanxanasındakı baş qərargahında dinləmə cihazlarının qoyulduğuna görə, Demokratlar prezident Nikson istefaya çıxmadığı təqdirdə onu impiçment edəcəkləri ilə hədələmişdilər. 1974-cü ildə cənab Ford Amerikanın 38-ci prezidenti olmuşdu. O, prezident idarəsinə başçılıq etdikdən sonra Watergate qalmaqalına son qoyacağına vəd vermişdi. Gerald Fordun prezident Niksonu əfv etməsi bir çox Amerika seçicisini məyuslaşdırmışdı. Bu hadisədən illər keçdikdən sonra bir çox şərhçi sabiq prezident Niksonun əfv edilməsinin ölkənin birliyi üçün zəruri olduğunu bildirmişlər. Mərhum prezident Ford cəmi 900 gün prezident olub. O, 1976-cı ildə keçirilən prezident seçkilərində rəqibi Demokrat partiyasının namizədi Cimmi Karterə məğlub olmuşdu.

XS
SM
MD
LG