Accessibility links

Avropa Birliyi Rusiya və Belarusu təbii qazın qiyməti ilə bağlı mübahisələri çözməyə çağırıb


Avropa Birliyi bu qitənin ölkələrinə rus qazının təchizatını təhlükə altına atmamaq üçün Rusiya və Belarusu təbii qazın qiyməti ilə bağlı mübahisələri yanvarın 1-dək çözməyə çağırıb.

Moskva Minskin Rusiya qazı üçün indi ödədiyi qiymətdən iki dəfə artıq qiyməti ödəməyə razılıq verməsinə qədər bazar ertəsindən etibarən Belarusa qazı kəsəcəyini bildirib. Çərşənbə günü Moskva xəbərdarlıq edib ki, əgər Minsklə anlaşma bazar ertəsinə qədər baş tutmasa, belaruslular öz ölkəsi ərazisindən Avropaya gedən qazdan istifadə etməyə cəhd göstərə bilərlər. Rusiyanın dövlət monopolisti Qazprom Belarus ərazisindən keçən qaz kəmərlərində hər hansı itki olarsa, bunun dərhal müəyyən ediləcəyini deyib.

Ekspertlər Rusiyanın Avropaya qaz ixracının cəmi 20 faizinin Belarus ərazisindən keçdiyini və Rusların Belarusun qazını kəsməsinin avropalılara ciddi təsiri olmayacağını bildiriblər. Rusiyanın Avropaya qaz ixracının qalan 80 faizi Ukrayna ərazisindən keçir.

XS
SM
MD
LG