Accessibility links

Buş Administrasiyası İraqla bağlı yeni strategiya üzərində işləyir


Prezident Buşun Milli Təhlükəsizlik Şurası İraqda yeni strategiyanı müəyyən etmək üçün Texasda yığıncaq keçirir. Ağ Evin nümayəndəsi Prezidentin Cravforddakı rançosunda təşkil edilən yığıncağın ona müxtəlif alternativləri nəzərdən keçirmə imkanı verəcəyini söyləyib.

Buş Administrasiyası İraqda zorakılıqların qarşısının alınması yollarını, o cümlədən, bu ölkəyə əlavə qoşun göndərilməsinə ehtiyac olub olmadığını müzakirə edir. Prezident Buşun İraqla bağlı yeni planını Yanvar ayında açıqlayacağı gözlənilir. Bu arada dünən Pentagon bildirib ki, ehtiyac olduğu təqdirdə İraqda və ya regionda başqa bir yerdə istifadə etmək üçün Küveytə 3500 nəfərlik hərbi qüvvə göndərir.

XS
SM
MD
LG