Accessibility links

Səddam Hüseyn Tikrit yaxınlığında dəfn edilib


Səddamın Əlbü Nasir qəbiləsinin başçısı şeyx Əl Neda Salehəddin vilayətinin valisi və onun müavini ilə birlikdə Səddamın cənazəsini tələb etmək məqsədilə dünən Bağdada gediblər. Onlar bu gün Saddamın anadan olduğu Tikrit şəhərinin yaxınlığındakı Ouja kəndinə gəliblər.

" hspace=2 src="/azerbaijani/images/AP_saddam_gaza_palestinians_eng_195_31dec06.jpg" width=210 align=left vspace=2 border=0>Onun tabutunu İraq bayrağı ilə örtmüşlər. Cənazə namazi qıldıqdan sonra Səddamı dəfn ediblər. Tikrit şəhərində 4 gün ərzində qadağan saatı tətbiq edilib. Lakin buna baxmayaraq Saddama sadiq olanlar küçələrə tökülüşüb, onun şəklini əllərində tutmuş və havaya atəş açmışlar. Onlar qısas almağa çağırıblar.

İraqın Baş Naziri Nuri Əl Malikinin mətbuat üzrə müşaviri Yasin Məcid Əl- Haşimi dünən İraqiyyə televiziya kanalına deyib ki, hökumət xeyirxahlıq əlaməti olaraq Səddamın cənazəsini qəbiləsinə vermək haqda qərar qəbul edib. O, həmçinin deyib ki, Səddamın cənazəsi müsəlman qaydasına əsasən yuyulmuş və cənazə namazı təşkil edilmişdi. O, əlavə edərək bildirib ki, Səddam Hüseyn 35 il ərzində dini ənənələrə və müqəddəs yerlərə ehtiram göstərməmiş, adamları öldürmüş və onların cənazələrinə isə hörmətsizlik etmişdi.

İraqda Səddam Hüseynin dardan asılmasına reaksiyalar müxtəlif olub. Şiələr bu hadisəni bayram şənliyi kimi qeyd edirlər. Səddamın ərəb sünni müttəfiqlərinə gəldikdə, onlar kədərlənir və bu hadisəni qanuna zidd hərəkət adlandırırlar.

XS
SM
MD
LG