Accessibility links

Rusiya ilə Belarus razılığa gələ bilmirlər


Rusiyanın dövlət monopoliyası Qazprom və Belarus hökuməti qaz alqı-satqısı ilə bağlı danışıqlarda böyük tərəqqinin əldə olunmadığını bildiriblər.

Bu gün Moskvada yenidən başlayan danışıqlarda Qazprom razılıq əldə edilməzsə, bazar ertəsindən etibarən Belarusun qazını kəsəcəyini bir daha təkrar edib.

Qazpromun sözçüsü Sergey Kipriyanov danışıqların daha uğurlu olması üçün Belarusun baş nazirinin birinci müavini, Vladimir Semaşkonun da danışıqlarda iştirakının vacib olduğunu bildirib.

İndi qazın hər min kubmetri üçün 46 dollar ödəyən Belarusa yeni ildən 105 dollar ödəmək təklif olunur.

XS
SM
MD
LG