Accessibility links

Həcc ziyarəti insidentsiz başa çatıb


Səudiyyə Ərəbistanı hər il keçirilən və artıq başa çatan Həcc ziyarətinin uğurlu olduğunu bildirib.

Krallığın daxili işlər naziri ölkənin təhlükəsizlik qüvvələrini 2 milyondan artıq zəvvarın qatıldığı Həcc ziyarətində təhlükəsizliyi təmin etdiklərinə görə tərifləyib.

Məkkə ətrafındakı 5 günlük Həcc ziyarəti sona çatmazdan öncə zəvvarlar Kəbədə toplıaşıblar.

Səudi Press agentliyi zəvvarların heç birinin səhhətində isti ilə bağlı problem olmadığını deyib.

600 zəvvarın xəstəliklərdən və qocalıqdan dünyasını dəyişdiyi bildirilir.

Ötən ilki ziyarət zamanı 300 zəvvar şeytana daş atılması mərasimi zamanı qarışıqlıqda həlak olmuşdu.

XS
SM
MD
LG