Accessibility links

Iran nüvə proqramını dayandırmayacağını deyir


Iran prezidenti öz ölkəsinin nüvə proqramını davam etdirəcəyini qeyd edərək, BMT-nin İrana sanksiyaların tətbiqi haqqında qətnaməsinin “qüvvədə olmadığını” deyib.

İranın cənubundakı Əhvaz şəhərində verdiyi bəyanatında president Mahmud Əhmədinejad İran xalqının öz nüvə proqramına sadiq qalacağını və onu müdafiə etməyə hazır olduğunu deyib. O, İranın nüvə proqramına qarşı qəbul edilən BMT qətnaməsinin İranlılar üçün heç bir qüvvəyuə malik olmadığını deyib.

XS
SM
MD
LG