Accessibility links

Indoneziyada təyyarə qəzasının qurbanlarını axtarırlar


İndoneziya rəsmilərinin itkin düşmüş sərnişin təyyarəsinin qalıqlarının tapılması haqqında yanlış xəbər yaymasından bir gün sonra xilas dəstələri axtarışları bərpa ediblər.

İki gün davam edən axtarışların nəticəsiz qalmasından sonra Adam Air Boinq 737 təyyarəsinin tərkində olan 102 nəfərin ailələrinin narazılığı getdikcə artır.

Xilas dəstələri İndoneziyanın şimalındakı Sulavesi adası ətrafında havada və suda axtarış aparırlar. Təyyarə radar sistemindən məhz bu ərazidə yox olmuşdu.

Ölkə rəsmiləri çərşənbə axşamı günü təyyarənin qalıqlarının və 12 sağ qalmış sərnişinin tapıldığını bildirmişdilər. Lakin sonra bu xəbər təkzib edildi.

XS
SM
MD
LG