Birləşmiş Ştatların İraqdakı hərbi rəsmiləri Səddam Hüseynin edamına heç bir aidiyyatlarının olmadığını və əgər nəzarət onların əlində olsaydı, hər şeyi başqa cür edəcəklərini deyiblər.
Sözçü general mayor Uilyam Kolduell bu gün Bağdadda bildirib ki, ABŞ qoşunları Səddam Hüseyni İraq rəsmilərinə onun edamından əvvəl təhvil veriblər və edam prosedurlarına görə iraqlılar məsuliyət daşıyırdılar.
Səddam Hüseynin asılmasının mobil telefona alınmış görüntülərinə əsasənb edamda iştirak edənlərdən biri keçmiş İraq liderini ölümündən qabaq təhqir edib. İraq rəsmiləri videonun necə çəkilib yayıldığını araşdıracaqlarını bildiriblər.