Accessibility links

Fətah və Həmas yenidən döyüşür


Qəzza zolağında təhlükəsizlik rəsmiləri Fələstin prezidenti Mahmud Abbasın Fətah qrupuna loyal olan Xan Yunis adlı bir yaraqlını öldürüblər.

Fətah nümayəndələri bu qətldə Həmas qruplaşmasını günahlandırırlar.Qətl Həmas və Fətah tərəfdarları arasında yeni döyüşlərə səbəb olub.

Şahidlər bir qadının da atışma zamanı öldürüldüyünü deyirlər. Daha 9 nəfərin yaralandığı bildirilir. Xatırladaq ki, dekabr ayında tərəflər arasında atəşkəs haqqında razılıq əldə edilmişdi.

Bu arada Qəzza zolağında itkin düşmüş fotojurnalistin axtarışları davam edir. Həmas və Fətah qruplaşmalarının ikisi də Frans Press agentliyinin foto müxbiri Ceymi Razurinin azad olunmasına çağırıblar.

XS
SM
MD
LG