Accessibility links

Ağ Ev İraq  rəsmilərinə  xəbərdarlıq edib ki, edamlar qaydalara uyğun olaraq  yerinə yetirilsin


Ağ Ev İraq rəsmilərinə xəbərdarlıq edib ki, Səddam Hüseynlə bir yerdə edam hökmü verilmiş müttəhimlərin edamı qaydalara uyğun olaraq yerinə yetirilsin. Medya xəbərlərində Barzan Əl Tikrit və Avad əl Banderin edamının təxirə salına biləcəyi deyilir.

Bu arada Iraqda 7 həftə bundan əvvəl girov götürülmüş 5 qərbli özəl təhlükəsizlik şirkəti işçisinin videosu yayımlanıb. Girov götürülmüş 4 amerikalı və bir avstraliyalını ayrı ayrılıqda əks etdirən video İnternet vasitəsilə yayılıb və Qərb xəbər agentliklərinə təqdim olunub. Girovların beşi də onlarla yaxşı rəftar edildiyini və salamat olduqlarını deyiblər.

Girovlardan biri bildirib ki, İraqdakı ABŞ və Britaniya qüvvələri bütün məhbusları azad etməyənə qədər onlar azadlığa buraxılmayacaqlar. Crescent Security Groupunun təhlükəsizlik əməkdaşları noyabrın 16-da oğurlanmışdılar. Girov götürməyə görə məsuliyəti heç kim üzərinə götürməyib. Yayılan videolarda da girovdarların görüntüsü yoxdur.

XS
SM
MD
LG