Accessibility links

Gürcüstanın Abxaziya sərhəddi yaxınlığında polis məntəqəsinə hücum olub


Gürcüstan rəsmilərinin bildirdiklərinə görə Abxaziya sərhəddi yaxınlığındaki polis məntəqəsində başverən atışma nəticəsində bir polis həlak olub bir polis də yaralanıb.

Gürcüstan hadisəylə əlaqədar Abxaziya qüvvələrini günahlandırsa da Abxaziya bu iddiaları rədd edərək atışmanın yerli cinayətkar dəstələr arasında baş verdiyini söyləyiblər. Rusiya xəbər agentlikləri Gürcüstan rəsmilərinə və şahidlərə əsaslanaraq bir neçə silahlı şəxsin avtomatlar və əl qumbaraları ilə polis məntəqəsinə hücum etdiklərini bildirmişlər.

XS
SM
MD
LG