Accessibility links

Şri Lanka: Intiharçı avtobusu partladıb


Şri lankla rəsmiləri bildiriblər ki, Tamil Pələngləri qrupundan olduğu ehtimal edilən intiharçı qadın bu gün avtobusda bomba partladaraq özünü və digər 15 nəfəri öldürüb.

Polis bir çox başqa sərnişinlərin də partlayışda xəsarət aldığını bildirib. Polis 40 nəfərin xəstəxanalara yerləşdirildiyini məlumat verir. Hücum texnikasının cümə günü beş nəfərin ölümünə səbəb olan avtobus partlayışına bənzədiyi bildirilir. Tamil pələngləri heç bir şərh verməyiblər. Hərbi dairələr isə hücumun onlar tərəfindən edildiyini bildirir.

XS
SM
MD
LG